ABŞ administrasiyası növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək qərarına gəldiyini iddia edib.
TASS bildirir ki, bu dəfə iddianı Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ Prezidenti Co Baydenin özü dilə gətirib.
“Sizcə, Prezident Putin Ukraynanı işğal etməkdə qərarlıdırmı” sualına ABŞ lideri birbaşa “bəli” cavabını verib.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı Moskva ilə diplomatik əlaqələri dayandırmayacaq.
Bayden iddia edir ki, Rusiya qüvvələri yaxın günlərdə Ukraynaya hücum etmək niyyətindədir.
Amerika administrasiyası rəhbərinin sözlərinə görə, Rusiya qüvvələri indiyədək Ukraynanı – Belarus tərəfdən və cənubdan Qara dənizə qədər mühasirəyə alıb.
“Rusiya qüvvələrinin gələn həftə, Ukraynaya hücum etməyi planlaşdırdığını düşünməyə əsasımız var. Biz düşünürük ki, onlar 2,8 milyon günahsız insanın yaşadığı Kiyevi hədəf alacaqlar” ,- deyə Bayden əlavə edib.