
ABŞ Prezidenti Donald Tramp bir daha bildirib ki, əgər o vəzifədə olsaydı, Rusiya-Ukrayna müharibəsi baş verməzdi.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bunu "Truth Social" şəbəkəsində yazıb.
"Rusiya ilə Ukrayna arasındakı müharibə amansız və dəhşətlidir, bu, güclü və dürüst ABŞ rəhbərliyi dövründə heç vaxt baş verməzdi. Bu, mənim ikinci müddətə vəzifəyə başlamağımdan çox əvvəl, Co Bayden administrasiyası dövründə başladı və daha da pisləşdi. Əgər 2020-ci il prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukrayna ilə Rusiya arasında müharibə olmazdı, necə ki, mənim birinci müddətimdə bu barədə heç bir söz deyilmədi", - o vurğulayıb.
Vaşinqton administrasiyası rəhbərinin sözlərinə görə, Rusiya lideri Vladimir Putin o vaxtkı ABŞ Prezidenti Co Baydenin zəif rəhbərliyi səbəbindən şansdan istifadə edib.
Tramp qeyd edib ki, ona heç vaxt baş verməməli olan müharibə miras qalıb. Müharibədə xüsusən insanlar mənasız yerə həlak olur.
Tramp həmçinin Rusiya neftini almağa davam edən Avropanın hərəkətlərini tənqid edib.
O, ABŞ-ın Ukraynaya ötürülməsi üçün NATO-ya külli miqdarda silah tədarükünə davam etdiyini vurğulayıb.