Rza Pəhləvi: İran xalqı bu rejimə son qoymalıdır

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tehranı ölkənin şimal bölgələrində baş verən meşə yanğınlarına biganəlikdə ittiham edib.

 

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

 

Pəhləvi bildirib ki, rejim milli sərvətləri ətraf mühit və təbii resursların qorunmasına yox, terrorizmin maliyyələşdirilməsi və dağıdıcı proseslərə xərcləyir: “İran rejimi Hirkan meşələrini məhv edən bu yanğın qarşısında biganədir, çünki bu anti-İran rejimi üçün İran təbiətinin minillik irsinin məhvi heç bir əhəmiyyət daşımır”.

 

Rza Pəhləvi qədim meşələrin yanmasını “bir neçə nəsil iranlının həyatının rejim tərəfindən məhv edilməsinə” bənzədib: “Ümid edirəm ki, İran xalqı bu fəsadlı yola son qoyacaq və bu zülm bitdikdən sonra ölkənin ətraf mühiti də xilasa qovuşacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.