
Avropanın müxtəlif ölkələrini təmsil edən 47 qanunvericidən ibarət qrup ABŞ Prezidenti Donald Trampa açıq məktub yazaraq, onu Ukraynadakı münaqişənin sülh ilə nizamlanması zamanı Rusiyaya güzəştlərdən çəkinməyə çağırıb.
Müraciətin mətnini "Kyiv Independent" nəşri təqdim edib.
Məktubda deyilir ki, Rusiyanın istənilən şəkildə sakitləşdirilməsi və Ukraynaya təzyiq göstərmək cəhdləri əxlaqi cəhətdən qəbahətli və insan ləyaqətini pozan addımdır. Müəlliflərin fikrincə, Rusiyaya güzəştə getmək ümumi dəyərlərdən imtina etmək və azad dünyanı anarxiyaya və xaosa sürükləmək deməkdir.
"Birləşmiş Ştatların güclü liderliyi yeganə ümiddir. Qorxudulmuş ABŞ heç vaxt yenidən böyük ola bilməz; qorxudulmuş ABŞ daha heç vaxt öndər ola bilməz", - deyə məktubda vurğulanıb.
Volodimir Zelenski və Donald Tramp arasında potensial görüşdən əvvəl noyabrın 23-də Cenevrədə sülh planının yekun versiyasının razılaşdırılmasına yönəlmiş danışıqlar keçirilib. Bu məsləhətləşmələrdə ABŞ-ın dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər. Müzakirənin əsas mövzusu məhz Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planı olub.