Qırğızıstanda sabiq Prezidentin oğlu və daha 4 siyasətçi saxlanıldı

Qırğızıstanda sabiq Prezident Almazbek Atambayevin oğlu Kadırbek Atambayev və keçmiş dövlət başçısı ilə müttəfiq olan bir neçə siyasətçi saxlanılıb.

 

Teleqraf xəbər verir ki, onlar parlament seçkilərindən sonra kütləvi iğtişaşlar planlaşdırmaqda ittiham olunurlar.

 

O cümlədən, Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kadırbek Atambayevdən başqa, Milli Təhlükəsizlik Dövlət Komitəsinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Damir Musakeyev, Sosial Demokrat Partiyasının lideri Temirlan Sultanbekov, eləcə də keçmiş deputatlar Şaylobek Atazov və Kubanıçbek Kadırov saxlanılıblar.

 

Nazirlikdən verilən məlumata görə, saxlanılan 5 nəfərin hamısı kütləvi narazılıq görüntüsü yaratmaq üçün ölkədə növbədənkənar parlament seçkilərindən sonra silsilə aksiyalar təşkil etməyi planlaşdırıblar. Qeyd edilib ki, saxlanılan şəxslər konstitusiyaya zidd tələblər irəli sürərək inzibati binalar, telekanallar, hüquq-mühafizə orqanları, silah-sursat və cəzaçəkmə müəssisələrini də ələ keçirməyi planlaşdırıblar.

 

Xatırladaq ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-na təyin edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.