Çin və ABŞ liderləri arasında telefon danışığı olub

Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Çin rəsmi mediası məlumat yayıb.

 

Məlumata görə, görüşdə Tayvan məsələsi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub.

 

ABŞ Prezidenti isə “Truth” sosial media hesabında yazıb ki, “Çin Sədri Si Cinpinlə çox yaxşı telefon danışığımız oldu”.

 

Dövlət başçısı bildirib ki, görüşdə Ukrayna-Rusiya münaqişəsinin həlli məsələsi müzakirə edilib. O, fermerlər üçün yaxşı və çox vacib bir razılaşma əldə etdiklərini qeyd edib.

 

“Çinlə münasibətlərimiz son dərəcə güclüdür. Bu zəng üç həftə əvvəl Cənubi Koreyada keçirilən çox uğurlu görüşümüzün davamı idi. O vaxtdan bəri hər iki tərəfdə razılaşmaları aktual və dəqiq şəkildə yerinə yetirməklə bağlı əhəmiyyətli irəliləyişlər olub. İndi biz baxışlarımızı daha böyük məsələlərə yönəldə bilərik. Bu məqsədlə Sədr Si məni aprel ayında Pekinə səfərə dəvət etdi və mən də bunu qəbul etdim. O da ilin sonunda ABŞ-da dövlət səfəri ilə qonağım olacaq. Biz müntəzəm ünsiyyət qurmağın vacibliyi barədə razılığa gəldik və mən bunu səbirsizliklə gözləyirəm”, - deyə Tramp əlavə edib.

 

Xatırladaq ki, oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.