
Avropa ABŞ-ın təşəbbüsü ilə hazırlanan sülh planı üzərində işləyəcək. Öz planını hazırlamaq niyyəti yoxdur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer İcmalar Palatasında çıxışı zamanı deyib.
Starmer bildirib ki, 20-21 noyabr tarixlərində Cənubi Afrikada keçirilən G20 sammitində bir sıra əsas müttəfiqlərin - Fransa və Almaniyanın, eləcə də "istəklilər koalisiyası”nın əsas müttəfiqlərinin iştirakı ilə ABŞ-ın sülh planı ilə bağlı intensiv müzakirə aparılıb.
Baş nazir qeyd edib ki, mövcud mətnlə işləmək barədə ortaq fikrə gəlinib.