Qvineya-Bisau çevrilişdən sonra - BƏZİ SOSİAL PLATFORMALARA GİRİŞ MƏHDUDLAŞDIRILIB
VİDEO

Qvineya-Bisauda hakimiyyəti ələ keçirən hərbçilər ölkədə “Facebook”, “TikTok” və “YouTube” da daxil olmaqla, bəzi sosial media platformalarına girişə müvəqqəti məhdudiyyət tətbiq ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu tədbir zorakılığa sövq edəcək və ya dezinformasiya mənbəyinə çevrilə biləcək xəbərlərin yayılmasının qarşısını almağa yönəlib. 

 

Bu arada, “WhatsApp” kimi digər rəqəmsal platformalar həmişəki kimi işləməyə davam edir.

 

Qeyd edək ki, noyabrın 26-da Afrikanın qərbində yerləşən Qvineya-Bisauda hərbçilər çevriliş edərək hakimiyyəti ələ keçirib və seçkiləri dayandırıblar.

 

Prezident Umaro Sisoku Embalonun həbs edildiyi, paytaxt Bisaunun mərkəzində atışma səslərinin eşidildiyi deyilir. Eyni zamanda, müxalifətin seçkilərdəki namizədi Fernandu Dias da Koşta və sabiq Baş nazir Dominquş Pereyra da həbs olunanlar arasındadır.

 

Noyabrın 23-də ölkədə prezident seçkiləri keçirilib. Həm hazırkı Prezident Umaro Sisoku Embalo, həm də müxalifət namizədi Fernandu Dias da Koşta seçkilərdə qələbə qazandıqlarını elan ediblər. Rəsmi nəticələrin cümə axşamı elan edilməsi planlaşdırılırdı.

 

Onu da xatırladaq ki, 1974-cü ildə müstəqillik qazanmazdan əvvəl Portuqaliyanın müstəmləkəsi olan Qvineya-Bisau Afrikanın ən kasıb ölkələrindən biridir. Son 55 ildə ölkədə 9 dövlət çevrilişi və çevriliş cəhdi olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.