Tailandda daşqınlar: QURBANLARIN SAYI 110 NƏFƏRƏ ÇATIB
VİDEO

Tailandın cənubunda, Malayziya ilə sərhəddə yerləşən Sonqkxla əyalətində daşqın nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hakimiyyət orqanları əyalətdəki bütün cəsədlərin şəxsiyyət və ölüm qeydiyyatının bir xəstəxanada aparılmasını tapşırıb. Hazırda cəsədləri başqa xəstəxanalardan gətirilənlərin dəqiq ölüm səbəbləri müəyyənləşdirilir.

 

Təbii fəlakət fəsadlarının aradan qaldırılması və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı tədbirlərə Tailandın hərbi dəniz qüvvələrinin əsgərləri cəlb olunub. Daşqınlar ümumilikdə 3 milyona yaxın insana zərər vurub.

 

Tailandın Malayziya ilə həmsərhəd olan “Uzaq Cənub” əyalətlərində uzun sürən intensiv yağışdan sonra daşqınlar və torpaq sürüşmələri baş verib. Sonqkxla əyaləti daha çox zərər çəkib. Ötən həftənin sonu və bu həftənin əvvəlində daşqına məruz qalmış ərazilərdə suyun səviyyəsi xeyli yüksəlib.

 

Ekspertlər “Uzaq Cənub”da bu cür güclü yağış və dağıdıcı daşqınların 300 illik sistematik müşahidələr ərzində ilk dəfə qeydə alındığını deyirlər. 


Onu da qeyd edək ki, bundan əvvəl daşqınlar nəticəsində ölənlərin sayının 80 nəfər olduğu bildirilirdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.