
Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov haqqında cinayət işi açılıb və o, dövlətlərarası axtarışa verilib.
Bu barədə Ermənistan KİV-i ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Daha əvvəl KİV-lər bildirmişdilər ki, 3-cü ordu korpusunun sabiq komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu) rüşvət vermə və müharibə şəraitində vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.
Digər təfərrüatlar açıqlanmır.
Birinci instansiya məhkəməsi istintaqın həbsin qətimkan tədbiri kimi seçilməsi barədə vəsatətini rədd edib. Prokurorluq bu qərardan şikayət verməyi planlaşdırır. Xaçaturov haqqında artıq "vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda daşınmaz əmlakın leqallaşdırılması" maddəsi ilə cinayət işi açılıb.