Rusiyanın tapşırığı ilə ukraynalı siyasətçilərin qətlində iştirak edən britaniyalı HƏBS OLUNUB

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks kəşfiyyatı Britaniya xüsusi xidmət orqanları ilə birlikdə 2024–2025-ci illərdə Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən Böyük Britaniya vətəndaşı Ross David Katmoru ifşa edib.

 

Bu barədə “RBK-Ukrayna” Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, saxlanılan şəxs ehtimal ki, Ukraynada kəşfiyyat-diversiya fəaliyyəti ilə məşğul olub. O, həbs edilib və nəzarət altındadır.

 

Mənbənin məlumatına görə, Ross David Katmor Ukraynaya 2024-cü ildə hərbçilərin hazırlanmasına kömək etmək üçün təlimatçı kimi gəlib. O, orduda xidməti və Yaxın Şərqdə əməliyyatlarda iştirakı zamanı əldə etdiyi döyüş təcrübəsinə malik olub.

 

İstintaqın versiyasına görə, Rusiya xüsusi xidmət orqanları Katmora Ukraynada “hədəfli qətllər” törətmək üçün odlu silah və sursat verib. Xüsusilə, onun Ukraynaya gətirdiyi silahlarla Demyan Qanul, İrina Farion və parlamentin deputatı, Ali Radanın keçmiş spikeri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andrey Parubiyin öldürüldüyünə dair əsaslı şübhələr mövcuddur.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.