Honkonqdakı yanğında ölənlərin sayı 156-ya çatıb - VİDEO

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 156-ya çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Honkonqun səlahiyyətli qurumları açıqlama yayıblar. 

 

Meyitlərdən 127-nin kimə aid olduğu müəyyənləşib. 30 nəfər hələ də itkin hesab olunur. Onların axtarışları davam edir.

 

Səlahiyyətli orqanlar yaşayış kompleksindəki yanğına məruz qalmayan yeganə binaya sakinlərin dekabrın 3-dən daxil olaraq şəxsi əşyalarını götürməsinə icazə verib.

 

Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqədar 14 nəfər saxlanılıb. Faciə ilə əlaqədar Honkonqda 3 günlük (29 noyabr-1 dekabr) matəm elan olunub. “Tai Po” yaşayış kompleksindəki yanğın Honkonq tarixinə ən faciəli hadisə kimi düşüb. Bundan əvvəl ən faciəli hadisə 1948-ci ildə 135 nəfərin ölümü ilə nəticələnən yanğın olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.