
Avropa İttifaqının (Aİ) Brüsseldəki diplomatik xidmət qərargahında axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini saxlanılıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, o, diplomatların təhsil proqramı ilə əlaqədar dələduzluqda şübhəli bilinir. Kurslara Aİ maliyyə dəstəyi göstərir.
İkinci saxlanılan şəxs Aİ diplomatik xidmətinin keçmiş Baş katibi Stefano Sannino olub.