Pakistan İrəvanda səfirlik açır

Ermənistan və Pakistanın diplomatik nümayəndələri Ermənistanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər.

 

Diplomatik mənbələrdən Ermənistan KİV-ə bildirilib ki, səfirliyin gələn il açılması planlaşdırılır.

 

Ermənistan Respublikası Xarici İşlər Nazirliyi medianın bununla bağlı sorğusunu təkzib etməyib.

 

"Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalamaqla, bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəliblər. Bu kontekstdə ictimaiyyət gələcək inkişaflar barədə lazımi qaydada məlumatlandırılacaq", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi cavabında bildirilib.

 

Modern.az xatırladır ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.