NATO Ukraynaya dəstəyini davam etdirəcək

NATO-ya üzv ölkələr, o cümlədən Kanada, Almaniya, Niderland, Norveç və Polşa PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) çərçivəsində Ukraynaya dəstək üçün əlavə vəsait ayırır. Proqrama Alyans üzvlərinin 2/3-dən çoxu qoşulub.

 

"Report" bildirir ki, bunu Alyansın Baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin xarici işlər nazirləri iclasının yekunlarına dair mətbuat konfransında deyib.

 

"Avstraliya və Yeni Zelandiya (NATO-ya daxil deyillər – red.) da PURL-ə töhfə verəcəklər – onlar proqrama qoşulan Alyans tərəfdaşları arasında ilk ölkələrdir. Bu o deməkdir ki, müttəfiqlər və tərəfdaşlar artıq PURL çərçivəsində 4 milyard dollardan çox vəsait ayırıblar və bu bizə bütün il üzrə 5 milyard gözləməyə imkan verir", – deyə Rütte vurğulayıb.

 

O bütün ölkələri 2026-cı ilə qədər öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb.

 

"NATO üzvləri tərəfindən maliyyələşdirilən PURL çərçivəsində ölkəyə kritik əhəmiyyətli silahlar, o cümlədən cəbhə xəttini saxlamaq və əhalini qorumaq üçün HHM sistemləri göndərilir. Ukrayna inanılmaz dözümlülük nümayiş etdirir, Putin hesab edir ki, yardım dayanana qədər vaxt qazana bilər, lakin bu baş verməyəcək", - Rütte qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.