
ABŞ-ın Dövlət Departamenti Sülh İnstitutuna (Institute of Peace –ing.) Ağ Ev rəhbəri Donald Trampın adını verib.
Senzor.az bildirir ki, bu barədə xarici KİV Dövlət Departamentinə istinadən məlumat yayıb.
“Bu gün səhər Dövlət Departamenti keçmiş Sülh İnstitutuna, ölkəmizin tarixində ən böyük danışıqlar aparan şəxsinin adına uyğun olaraq, yeni ad verib. Donald C. Tramp adına Sülh İnstitutuna xoş gəlmisiniz. Ən yaxşısı hələ qabaqdadır”, – deyə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Xatırladaq ki, bu müstəqil, qeyri-kommersiya təşkilatı 1984-cü ildə ABŞ Konqresi tərəfindən təsis edilib. İnstitutun məqsədi Birləşmiş Ştatlar hakimiyyəti tərəfindən dünyada münaqişələrin həlli istiqamətində atılan addımları dəstəkləməkdir.

