FETÖ-nün “kadim abi” (“qədim qardaş”), "maarifçi" ləqəbli yaradıcılarından olan Yusif Bekmezçi müalicə olunduğu xəstəxanada 82 yaşında ölüb.
Senzor.az bildirir ki, o, Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olub.
Məlumata görə, həbsxanada saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. O, bu gün saat 00:50 radələrində dünyasını dəyişib.
Xatırladaq ki, 23 yanvar 2020-ci ildə Bekmezçiyə "silahlı terror təşkilatını idarə etmək" ittihamı ilə hökm oxunmuş və o, 17 il 4 ay həbs cəzasına məhkum edilmişdi.