Almaniya Bundestaqı yeni hərbi xidmət haqqında qanun qəbul etdi - MİNLƏRLƏ MƏKTƏBLİ ETİRAZ AKSİYASI KEÇİRDİ
VİDEO

Almaniyanın bir sıra şəhərlərində minlərlə məktəbli Bundestaqın hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul etməsinə etiraz olaraq nümayişlərdə iştirak edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bir çox yeniyetmələr məcburi məktəbə davamiyyətinə baxmayaraq, dərsdən yayınıblar.

 

Etiraz aksiyaları "Məktəblilərin hərbi xidmətə çağırışa qarşı tətili" şüarı altında keçirilib. Polisin məlumatına görə, təxminən 3000 nəfər Berlində toplaşaraq Kroytsberq rayonunun küçələri ilə yürüş keçirib.

 

Nümayişdə azyaşlı uşaqları olan valideynlər və ibtidai sinif şagirdləri də iştirak ediblər. Etirazlara Hamburqda 1700, Dortmundda 1000 və Frankfurt-Mayndə 600-ə yaxın insan qatılıb.

 

Nümayişçilər əllərində "Bundesver üçün bir nəfər də yox, bir sent də yoxdur", "Təhsil üçün daha çox, silah üçün daha az", "Məcburi xidmət olmadan gələcək üçün" kimi şüarlar yazılmış lövhələr tutublar. Ölkənin cənubu - Haydelberq, Münhen və Ştutqartda da etiraz aksiyaları keçirilib.

 

Qeyd edək ki, dekabrın 5-də Bundestaq Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun qəbul edib. Yeni qanun 2008-ci il təvəllüdlü gənclərdən başlayaraq kişilər üçün məcburi tibbi müayinənin tətbiqini nəzərdə tutur. Lakin hərbi xidmətə getmək könüllülük əsasında həyata keçiriləcək. Bu proses 2027-ci ilin iyulun 1-dən sonra başlayacaq. Almaniya Silahlı Qüvvələri (Bundesver) həmin vaxta qədər prosesi həyata keçirmək üçün lazımi infrastrukturu formalaşdırmalıdır.

 

Müdafiə naziri Boris Pistorius parlamentdəki müzakirələrdə çıxış edərkən Almaniyanın artıq Avropada müdafiənin lokomotivinə çevrildiyini qeyd edib və hərbi xidmətin modernləşdirilməsi haqqında qanunla ölkənin müdafiə qabiliyyətinin artırılması üçün daha bir həlledici addımın atıldığını bildirib. “Bu hərbi xidmət könüllüdür və hər şey bizim düşündüyümüz kimi yaxşı gedərsə, belə də qalacaq. Amma əgər bu, kifayət etməsə və təhlükəli vəziyyət bu templə və ya daha ağır şəkildə inkişaf edərsə, ölkəni qoruya bilmək üçün qismən məcburi hərbi öhdəlikdən yan keçə bilməyəcəyik”, - deyə nazir vurğulayıb.

 

“Zeit” qəzetinin məlumatına görə, Rusiyadan gələn təhlükənin artması fonunda NATO çərçivəsində razılaşdırılmış öhdəlikləri yerinə yetirmək üçün Bundesverin ehtiyat qüvvələr də daxil olmaqla 460 min nəfərlik şəxsi heyətə ehtiyacı var. 2035-ci ilədək Bundesverdə təxminən 260 min aktiv hərbçinin olması nəzərdə tutulur. Bu ilin oktyabrın sonuna olan məlumata görə, hazırda aktiv şəxsi heyətin sayı 184 min nəfərdir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.