Xameneinin müşaviri BƏƏ-ni hədələdi:
İRAN XALQININ SƏBRİ SONSUZ DEYİL

İran xalqının səbri sonsuz deyil.

 

"Tasnim" agentliyi xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti Körfəz Əməkdaşlıq Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üç ada üzərində suverenliyinə dəstəyinə münasibət bildirərkən deyib.

 

O, ərəb dövlətlərinin körfəzdəki adalarla bağlı açıqlamasını absurd adlandırıb: "Belə bəyanatlar müstəmləkəçi ölkələrlə əməkdaşlığa uyğundur".

 

O, BƏƏ-ni tənqid edərək vurğulayıb:"BƏƏ hökumətindən soruşulmalıdır: Yəməndə nə edirsiniz? Niyə Bab əl-Məndəb boğazına sahib olmaqda maraqlısınız? Niyə Sokotra adasını işğal edibsiniz? Bu hərəkətlərin ABŞ-ın dəniz maraqları ilə nə əlaqəsi var? Siz indi bu adaya və hətta Hörmüz boğazına sahib olmağa niyə iddia edirsiniz?"

 

Xameneinin müşaviri rəsmi Əbu-Dabini Yəməndə, Sudanda müsəlmanların qanını tökməkdə də günahlandıraraq bu hərəkətləri BƏƏ-nin ekspansionist siyasətinin nəticəsi adlandırıb.

 

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasının dekabrın 2-də Bəhreyndə keçirilən görüşünün yekun bəyanatında Kiçik Tomb, Böyük Tomb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bir daha təsdiqlənib, Avropa İttifaqının bir müddət əvvəl açıqladığı mövqe yüksək qiymətləndirilib.

 

Onlar rəsmi Tehranı Əbu-Dabinin bu adaların mənsubiyyəti ilə bağlı mübahisəni birbaşa danışıqlar yolu ilə həll etmək və ya məsələni Beynəlxalq Məhkəməyə vermək tələblərinə cavab verməyə çağırıblar.

 

“Report” xatırladır ki, İranla BƏƏ arasında Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları ilə bağlı ərazi mübahisəsi davam edir. Hazırda ərazidə İran hərbçiləri yerləşir. Bu adalar Hörmüz boğazının girişindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.