Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək – ƏHMƏD ƏL ŞARAA

Suriyada prezident seçkiləri yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Dohada keçirilən forumda bəyan edib.

 

"Biz milli dialoq üzrə hərtərəfli konfrans keçirdik və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə beş il müddətində hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Beş il ərzində bir çox qanunlar qəbul ediləcək və dövlət idarəetmə sistemi üçün əsas prinsip olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - Suriya lideri deyib.

 

Əl Şaraa vurğulayıb ki, bu proses keçid dövrünün xarakteri və mürəkkəbliyi ilə bağlı daha çox vaxt tələb edir.

 

O əlavə edib ki, keçid hökuməti ölkənin üzləşdiyi çətin şəraitə baxmayaraq, parlament seçkilərini təşkil edib və bu proses mövcud vəziyyətə uyğun olaraq həyata keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.