Almaniya Kansleri Merts İsrailə rəsmi səfər edib -
İLK DƏFƏ

Almaniya Kansleri Fridrix Merts ilk dəfə İsrailə rəsmi səfərə gedib.

 

"The Times of Israel"in məlumatına görə, onu Ben-Qurion Hava Limanında İsrailin xarici işlər naziri Qideon Saar qarşılayıb.

 

"Mertsi İsrailə Kansler qismində ilk səfəri zamanı salamlamaqdan məmnun oldum. İki ölkə arasındakı əlaqələr pozitiv istiqamətdə inkişaf edir", – deyə Saarın ofisinin yaydığı açıqlamada bildirilib. 

Saar Almaniyanın İsrailə göstərdiyi dəstəyi, xüsusilə də ötən ay qəbul edilən və avqustda tətbiq olunmuş silah embarqosunun qismən ləğvi barədə qərarı yüksək qiymətləndirib.

 

"Almaniya bizim dəyərli dostumuz və tərəfdaşımızdır. Əminəm ki, Kanslerin səfəri ölkələrimiz arasındakı xüsusi münasibətlərin möhkəmlənməsinə xidmət edəcək", – İsrail XİN rəhbəri bəyan edib.

 

İki günlük səfər çərçivəsində Merts İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Tərəflər Qəzza sektorunda atəşkəs və digər regional məsələləri müzakirə edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.