
İkiqat Günəş partlayışı və plazma atışından sonra 9 və 10 dekabr tarixlərində G2-G3 səviyyəli maqnit qasırğalarının olacağı proqnozlaşdırılır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.
Maqnit qasırğalarının təsirinin 9 dekabr günortadan sonra pik həddə çatacağı gözlənilir.
İlkin hesablamalara görə, geomaqnit anomaliyaları 11 dekabr cümə axşamına qədər davam edəcək.