
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna lideri Volodimir Zelenski Vaşinqtonun təklif etdiyi sülh planını hələ oxumayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Amerika administrasiyasının rəhbəri ukraynalı həmkarının bu davranışından müəyyən qədər məyus olduğunu bildirib.
“İnanıram ki, Rusiya bu planla razılaşır. Zelenskinin komandası təklifimizdən məmnundur, amma Zelenskinin özü yox”, - Tramp deyib.
Tramp Rusiya-Ukrayna münaqişəsinin dərinliyi ilə bağlı səhv etdiyini də etiraf edib. O, qarşıdurmanı dayandırmağın əvvəlcə düşündüyündən daha çətin olacağı qənaətinə gəlib.
"Rusiya və Ukrayna - bir az daha asan olacağını düşünürdüm ... bu, çox çətin müharibədir", - Tramp deyib.