Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad etdi - VİDEO

Avropa İttifaqının (Aİ) nümayəndələri 2026-cı ildə Polşanı “həmrəylik mexanizmi” çərçivəsində digər ölkələrdən gələn miqrantların qəbul edilməsi üzrə öhdəliklərdən azad etməyə razılaşıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski ittifaqın ədliyyə nazirləri iclasının nəticələrini şərh edərkən məlumat verib.

 

“Polşa istənilən relokasiya mexanizmlərindən, eləcə də onunla bağlı istənilən xərclərdən azad edilib”, -  deyə o bildirib.

 

Nazirin fikrincə, yüksək ehtimalla Varşava bu istisnadan gələcək illərdə də yararlana bilər. Siyasətçi qeyd edib ki, məsələ Cənubi Avropa ölkələri arasında müəyyən narazılıqlar yaradıb.

 

Kervinski həmçinin, Avropa İttifaqının 2026-cı ildə təxminən 21 min miqrantı “relokasiya etməyi” planlaşdırdığını diqqətə çatdırıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.