
Senzor.az bildirir ki, Bukinhem Sarayı 95 yaşlı Kraliçanın COVID-19-a yoluxduğunu və xəstəliyi yüngül simptomlarla keçirdiyini açıqlayıb.
Saraydan bildirilib ki, Kraliça tibbi yardım alır və qaydalara əməl edir.
Onun keçən həftə koronavirusa yoluxan böyük oğlu və varisi Uels Şahzadəsi ilə kontanktda olduğu bildirilir.
Qeyd edək ki, II Elizabet koronavirusa əleyhinə peyvənd olunub.