Tramp: Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb - VİDEO

Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb.

 

Senzor.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu “Politico”ya açıqlamasında deyib.

 

“Çox vaxt keçib. Hər şey o qədər də yaxşı deyil… Düşünürəm ki, indi seçkiləri keçirmək üçün ən doğru vaxtdır. Onlar seçkiləri keçirməmək üçün müharibədən istifadə edirlər, amma mən hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır.

 

Bəlkə də Zelenski qalib gələr. Kimin qalib gələcəyini bilmirəm. Amma onlar uzun müddətdir seçki keçirmirlər. Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma elə bir məqam gəlir ki, bu, artıq demokratiya olmur”, - Tramp vurğulayıb.

 

ABŞ lideri onu da bildirib ki, Zelenski özünü toparlamalı və ABŞ-ın təkliflərini qəbul etməyə başlamalıdır: “Zelenski özünü ələ almalı və təkliflərlə razılaşmağa başlamalıdır, çünki o, döyüş meydanında uduzur”.

 

Trampın sözlərinə görə, Ukraynanın yüksək vəzifəli rəsmilərinə Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı son təklif xoş gəlib.

 

O əlavə edib ki, Avropa Ukrayna münaqişəsini həll etməkdə çətinlik çəkir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.