
TASS xəbər verir ki, bunu bazar günü İranın Limanlar və Gəmiçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rastad deyib.
“Hazırda biz Qətərlə hava nəqliyyatı, dənizçilik və liman sektorlarında əməkdaşlıq, o cümlədən sualtı tunelin yaradılması ilə bağlı danışıqlar aparırıq. İranın Dəyyer limanı (Buşəhr) ilə ərəb ökəsini birləşdirəcək tuneli unikal layihə adlandırmaq olar”, - deyə o bəyan edib.
Rastadın sözlərinə görə, İran Prezidenti İbrahim Rəisi fevralın 20-dən 22-dək keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumunda iştirak etmək üçün fevralın 21-də Qətərə səfər edəcək. Səfər çərçivəsində tunelin inşası üzrə müvafiq sazişlərin imzalanacağı da gözlənilir.