ABŞ İranı yenidən bombalaya bilər - TRAMP HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp, ölkə rəhbərliyinin Vaşinqtonla razılığa gəlməyəcəyi və raket proqramını davam etdirəcəyi təqdirdə, İrana yeni zərbə endirilməsi ehtimalını istisna etməyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Trampın sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirməsəydi, Yaxın Şərqdə nizamlanmaya nail olmaq mümkün olmazdı.

 

"İran nüvə proqramını davam etdirməyə cəhd edə bilər. Onların bərpasına çox vaxt lazım gələcək, lakin əgər onlar bizimlə razılıq əldə etmədən onu bərpa etmək istəsələr, biz onu da məhv edəcəyik. Biz onların raketlərini çox tez məhv edə bilərik", - ABŞ Prezidenti qeyd edib.

 

Xatırladaq ki, noyabr ayının əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkə rəhbərliyinin uranı sülh məqsədilə zənginləşdirməyi davam etdirmək niyyətində olduğunu və öz raket proqramının gələcəyini müzakirə etmək imkanını istisna etdiyini bildirmişdi. O vurğulamışdı ki, "heç bir sağlam düşüncəli insan onun hərbi komponentindən imtina etməyə razı olmaz".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.