
Bir neçə ölkənin liderləri Türkmənistanın Neytrallıq Abidəsinin önünə əklil qoyma mərasimində iştirak ediblər.
Senzor.az bildirir ki, onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Ermənistan Prezidenti Vaaqn Xaçatryan və başqaları olublar.
Xatırladaq ki, bu gün Aşqabadda Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forum keçirilir. Forumda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.