
Avropa İttifaqı 2025-ci ildə Ukraynaya 27 milyard avro dəyərində silah-sursat təqdim edib.
Senzor.az bildirir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ittifaq ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunları üzrə açıqlamasında bəyan edib.
Onun sözlərinə görə, Avropa bu il Ukraynaya rekord həcmdə hərbi dəstək göstərib.
Kallas qeyd edib ki, Kiyevə, həmçinin 2 milyon ədəd döyüş sursatı tədarük olunub.