
Rusiya Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, kollegoyada Prezident Vladimir Putin iştirak edib.
O bildirib ki, 2025-ci il xüsusi hərbi əməliyyatın vəzifələrinin həllində mühüm bir mərhələ olub.
Putin Rusiya ordusunun Ukraynada 2025-ci ildə 300-dən çox yaşayış məntəqəsini ələ keçirdiyini söyləyib.
Rusiya Prezidenti Şimali Koreya hərbi qulluqçularının Kursk vilayətində cəsarətli hərəkətlərini və Kursk ərazisinin genişmiqyaslı minalardan təmizlənməsinə göstərdikləri köməyi qeyd edib.
Putinin sözlərinə görə, Rusiya ordusu bütün cəbhə xətti boyunca strateji təşəbbüsü möhkəm şəkildə əlində saxlayır.
O vurğulayıb ki, Rusiya ordusu hücum tempini, o cümlədən strateji əhəmiyyətli ərazilərdə artıra bilər.
Putin qeyd edib ki, "Burevestnik" və "Poseydon" sistemləri Rusiyanın strateji bərabərliyini və təhlükəsizliyini onilliklər ərzində təmin edəcək. O bu sistemlərin uzun müddət unikal qalacağını vurğulayıb: "Oreşnik" sistemi ilin sonuna qədər döyüş növbəsinə qoyulacaq".
Rusiya lideri xüsusi hərbi əməliyyatın məqsədlərinə mütləq nail olunacağını söyləyib: "Biz diplomatiyaya üstünlük verərdik, amma Qərb danışıqlardan imtina edərsə, tarixi torpaqlarımızı hərbi yolla azad edəcəyik".
Putin Rusiyanın nüvə qüvvələrinin təcavüzkarın qarşısını almaqda və dünyada güc balansını qorumaqda əsas rol oynayacağını söyləyib.