
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib.
Senzor.az bildirir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb.
“11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram”, - Tramp çıxışının əvvəlində bildirib.
O, demokratları və sələfi Co Baydenin idarəetmə siyasətini tənqid edib.
Tramp daxili və xarici siyasətə toxunaraq miqrasiya, cinayətkarlıq, qiymət artımı və digər aktual problemlərə toxunub.
ABŞ lideri vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər və planlar barədə də məlumat verib.
Prezident, həmçinin Birləşmiş Ştatların Silahlı Qüvvələrinin dünyanın ən güclü ordusu olduğunu bəyan edib: “İndi biz dünyanın ən güclü ordusuna malikik və bu, danılmaz faktdır. Mən ABŞ-ın gücünü bərpa etdim, 10 ay ərzində səkkiz müharibəni dayandırdım və Qəzza sektorunda döyüşlərə son qoydum, Yaxın Şərqə 3 min ildən sonra ilk dəfə sülh gətirdim”.