Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir

Rusiya lideri ilə yenidən danışıq faydalı olacaq.

 

“Le Figaro” nəşri xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına görə bildirib.

 

“Mən hesab edirəm ki, Vladimir Putinlə söhbət yenidən faydalı olacaq. Düşünürəm ki, bizə — avropalılara və ukraynalılara — bu müzakirələrin düzgün şəkildə bərpası üçün bir format tapmaq lazımdır. Əks halda, biz öz aramızda və Rusiya tərəfi ilə ayrı-ayrı danışıqlar aparacaq vasitəçilərlə müzakirə edəcəyik ki, bu da optimal deyil”, - Makron fikrini əsaslandırıb.

 

Bildirilir ki, Aİ sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə “təzminat krediti” adı altında müsadirə edilməsi məsələsində razılığa gələ bilməyiblər. Bunun əvəzinə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yekun mətbuat konfransında bildirib ki, Ukraynaya növbəti iki il ərzində 90 milyard avro ayrılması barədə qərar qəbul edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.