
Dekabrın 21-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Prezident Donald Trampın Florida ştatının Palm-Biçdəki iqamətgahı üzərində məhdudlaşdırılmış aviaməkanının pozulması ilə bağlı havaya qalxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
Komandanlığın "X" sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edilib: "Bu səhər NORAD-ın "F-16" qırıcısı Florida ştatının Palm-Biç üzərində məhdudlaşdırılmış hava məkanına daxil olan təyyarəni ələ keçirib. Məsələ təhlükəsiz şəkildə həll edilib".