Tramp bu ölkələrdəki səfirləri geri çağırır – SİYAHI

ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən 29 diplomatik nümayəndəlik rəhbərlərinin geri çağırılması barədə qərar qəbul edib.

 

Bu barədə “Associated Press” agentliyi Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşlarına istinadən məlumat yayıb. 

 

Qeyd olunan diplomatların ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunduqları bildirilir. 

 

Kadr dəyişikliyinin həyata keçiriləcəyi ölkələr Ermənistan, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Uqanda, Fici, Laos, Marşall adaları, Papua-Yeni Qvineya, Filippin, Vyetnam, Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamdır. 

 

Məlumata görə, səfirlər artıq səlahiyyət müddətlərinin yanvar ayında bitəcəyi ilə bağlı bildiriş alıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.