
Baş nazir Benyamin Netanyahu İsrailin İranın son zamanlar təlimlər keçirməsindən xəbərdar olduğunu bildirib.
"The Times of Israel"in verdiyi xəbərə görə, Netanyahu bu barədə Yunanıstan və Kipr liderləri ilə birlikdə Yerusəlimdə keçirilən mətbuat konfransında danışıb. "Biz bilirik ki, İran son vaxtlar təlimlər keçirir. Bunu diqqətlə izləyirik və lazım olan qiymətləndirməni aparırıq. Mən İranın başa düşməsini istəyirəm ki, İsrailə qarşı hər hansı hərəkət çox sərt cavabla qarşılanacaq", – Netanyahu vurğulayıb.
O, əlavə edib ki, Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq.
Xatırladaq ki, dekabrın 22-də İran genişmiqyaslı raket təlimləri keçirib.