Suriyanın hərbi-siyasi rəhbərliyi Putinlə görüşdü - VİDEO

Suriya xarici işlər naziri Əsəd Əl-Şeybani və müdafiə naziri general-mayor Murhaf Əbu Kasra Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.

 

Bu barədə Suriya dövlət agentliyi SANA məlumat yayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran siyasi, hərbi və iqtisadi məsələlər müzakirə olunub. Xüsusilə hərbi sənaye sahəsində strateji əməkdaşlığa diqqət yetirilib. Tərəflər hərbi-texniki tərəfdaşlığın inkişaf yollarını nəzərdən keçiriblər. Bu əməkdaşlığın Suriya ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsinə, hərbi texnikanın modernləşdirilməsinə, texniki təcrübə mübadiləsinə, elmi-tədqiqat və inkişaf sahəsində birgə fəaliyyətə töhfə verəcəyi vurğulanıb.

 

Siyasi müstəvidə tərəflər regional və beynəlxalq gündəmdəki son prosesləri müzakirə ediblər, Dəməşq və Moskva arasında beynəlxalq platformalarda siyasi və diplomatik koordinasiyanın əhəmiyyəti qeyd olunub. Həmçinin beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsi və dövlətlərin daxili işlərinə xarici müdaxilənin qəbuledilməzliyi vurğulanıb.

 

Görüş zamanı Prezident Vladimir Putin Rusiyanın Suriyaya dəyişməz dəstəyini təsdiqləyib. O, Suriyanın ərazi bütövlüyünün və tam suverenliyinin qorunmasının vacibliyini vurğulayıb, ölkənin parçalanmasına və ya müstəqil milli qərarların qəbuluna mane olmağa yönəlmiş istənilən təşəbbüsü rədd etdiyini bildirib. V. Putin, həmçinin İsrailin Suriya ərazisini dəfələrlə pozmasını pisləyərək, bunu regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid kimi qiymətləndirib.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.