Dəməşqdə İŞİD terror qruplaşmasının lideri ələ keçdi

Suriyanın daxili təhlükəsizlik qüvvələri paytaxt Dəməşq ətrafında keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının şəhər üzrə liderini saxlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd əl-Dallati “X” sosial şəbəkəsində məlumat verib.

 

Onun sözlərinə görə, xüsusi təyinatlı qüvvələr hərbi kəşfiyyat və beynəlxalq koalisiya ilə koordinasiyalı şəkildə Muadamiyyə bölgəsində əməliyyat keçirib.

 

Əməliyyat nəticəsində Dəməşqdə fəaliyyət göstərən terror qrupunun rəhbəri Taha əl-Zuabi və onun bir neçə silahlı üzvü ələ keçirilib. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslərdən partlayıcı kəmərlər və müxtəlif silahlar müsadirə olunub.

 

General əl-Dallati bildirib ki, əməliyyat yerli sakinlərin terrorçu dəstənin mövcudluğu ilə bağlı verdiyi məlumatlar əsasında planlaşdırılıb və icra edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.