Belçika Suriya və Əfqanıstana deportasiyaları bərpa etdi

Brüssel 2011-ci ildə Suriya vətəndaş müharibəsi başlayandan sonra ilk dəfə məhkum olunmuş Suriya vətəndaşlarını ölkələrinə deportasiya edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu addım Belçika hakimiyyətinin miqrasiya siyasətinin sərtləşdirilməsi və ictimai təhlükəsizlik üçün risk yaradan əcnəbilərin ölkədən çıxarılması məqsədi daşıyır. Bildirilir ki, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər səhər saatlarında Dəməşqdə Suriya tərəfinə təhvil veriliblər və cəzalarını orada çəkməyə davam edəcəklər.

 

Eyni gün Belçikadan bir Əfqanıstan vətəndaşı da deportasiya olunub və son günlərdə geri göndərilən əfqanların sayı artıb. Rəsmi qurumlar vurğulayır ki, Belçika cəmiyyətinin təhlükəsizliyi bu cür qərarları zəruri edir. Eyni zamanda qeyd olunur ki, siyasi və ya dini təqib riski olan şəxslər deportasiya edilməyəcək. Sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qaydalarının sərtləşdirilməsi ölkədə artan ictimai narahatlıqlarla əlaqələndirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.