 Gürcüstanda ötən sutka ərzində koronavirusa 12 101 yeni yoluxma halı təsdiqlənib, 45 nəfər vəfat edib.
Gürcüstanda ötən sutka ərzində koronavirusa 12 101 yeni yoluxma halı təsdiqlənib, 45 nəfər vəfat edib.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 1 565 769-a, ölənlərin sayı isə 15 933-ə çatıb.
Son bir gündə 14 764, ümumilikdə isə 1 422 540 nəfər müalicə olunaraq sağalıb.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        