"Kiyev sülh istəməsə, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq" - PUTİN DÖYÜŞLƏRƏ KOMANDANLIQ EDƏN GENERALLARLA GÖRÜŞDÜ
VİDEO

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsini ziyarət edib.

 

Senzor.az bildirir ki, bu barədə Kreml məlumat yayıb.

 

Putin komanda məntəqəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.

 

Putinə "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti -red.) Dimitrov şəhərinin, Zaporojye vilayətinin Qulyaypolya şəhərinin ələ keçirildiyi məruzə olunub...

 

Rusiya Prezidenti hərbçilərlə görüşdə bildirib ki, Qərb Ukraynaya əlverişli təhlükəsizlik şərtləri, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılmasını təklif edir, lakin Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

 

V.Putin vurğulayıb ki, Rusiyanın Ukrayna qoşunlarının hazırda nəzarətində olan ərazilərdən, o cümlədən Donetsk vilayətinin bəzi hissələrindən könüllü şəkildə çıxarılmasında marağı faktiki olaraq yoxdur.

 

“Əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməzsə, Moskva Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə hərbi yolla nail olacaq”, – deyə Rusiya Prezidenti qeyd edib.

 

Putin həmçinin Rusiya–Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.