
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Senzor.az bildirir ki, bu barədə ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində yazıb.
O, danışığın yaxşı və çox məhsuldar keçdiyini bildirib.
Qeyd edək ki, telefon danışığı Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü öncəsi baş tutub. Bu görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00) ABŞ Prezidentinin Floridadakı iqamətgahında keçiriləcək.
Onu da qeyd edək ki, Rusiya və ABŞ liderləri arasında bu telefon danışığı 16 oktyabrdan bəri ilk, ilin əvvəlindən bəri isə doqquzuncudur.