
Günəşdə sondan əvvəlki M sinfinə məxsus olan partlayışlar olub.
Senzor.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumata görə, dekabrın 29-na keçən gecə Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb. Bundan əlavə, Günəşdə daha üç C sinfinə aid alışmalar da baş verib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.