
Senzor.az bildirir ki, bu barədə Ukraynanın dövlət başçısı “Tvitter”də məlumat verib.
“Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür etdim. Həmçinin Almaniya, Ukrayna və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə minnətdarlığımı bildirdim”, - Ukrayna lideri qeyd edib.
Qeyd edək ki, rəsmi Ankara Ukraynada yaradılan qondarma respublikaların Rusiya tərəfindən tanınmasını pisləyib.