Dünyanın bir sıra ölkələrində ABŞ-ın Venesuelaya münasibətdə atdığı addımlara və Prezident Nikolas Maduronun saxlanılmasına qarşı etiraz aksiyaları keçirilib.
Nümayişlər Avropa, ABŞ və Asiyanı əhatə edərək son günlərin ən diqqətçəkən beynəlxalq etiraz dalğalarından biri olub.
Berlin şəhərində etirazçılar ABŞ səfirliyi qarşısında toplaşaraq Vaşinqtonun siyasətinə etirazlarını bildiriblər. Oxşar aksiya Afinada da keçirilib — mitinq iştirakçıları Venesuela xalqı ilə həmrəylik nümayiş etdirib və ABŞ-ın müdaxiləsinə qarşı olduqlarını bəyan ediblər.
Fransada etirazlar daha genişmiqyaslı xarakter alıb. Parisin mərkəzində toplaşan nümayişçilər ABŞ siyasətinə və Prezident Donald Trampa qarşı plakatlar qaldırıb, Venesuela və Fələstin bayraqları ilə yürüş ediblər.
Paralel aksiya Tuluzada “Janna d’Ark” metro stansiyası yaxınlığında keçirilib. Burada iştirakçılar antiimperialist şüarlar səsləndirib və Maduronun azadlığa buraxılmasını tələb ediblər. Mitinqlərdə “Tabe olmayan Fransa” partiyasının üzvləri, fələstinçi komitələr, solçu təşkilatlar və gənclər hərəkatları iştirak edib.
İtaliyada yüzlərə insan Romadakı ABŞ səfirliyi qarşısında “Əllərinizi Venesueladan çəkin” şüarı ilə aksiya keçirib.
Londonda ABŞ səfirliyinin qarşısında oxşar tələblərlə təkadamlıq piket təşkil olunub. Hindistanın Kalkutta şəhərində isə fəallar ABŞ siyasətinə etiraz olaraq aksiya keçiriblər.
Etiraz aksiyaları ABŞ-ın özündə də baş tutub. Nyu-Yorkda Vaşinqtonun Venesuelaya münasibətdə atdığı addımlara qarşı mitinq keçirilib. Məlumatlara görə, müxtəlif ölkələrdə yaşayan venesuelalı diaspor nümayəndələri fərqli mövqelərdən çıxış edirlər: bəziləri ABŞ-ın hərəkətlərini dəstəkləyir, digərləri isə Maduronun dərhal azad olunmasını tələb edirlər.(Azvision.az)
Berlin şəhərində etirazçılar ABŞ səfirliyi qarşısında toplaşaraq Vaşinqtonun siyasətinə etirazlarını bildiriblər. Oxşar aksiya Afinada da keçirilib — mitinq iştirakçıları Venesuela xalqı ilə həmrəylik nümayiş etdirib və ABŞ-ın müdaxiləsinə qarşı olduqlarını bəyan ediblər.Fransada etirazlar daha genişmiqyaslı xarakter alıb. Parisin mərkəzində toplaşan nümayişçilər ABŞ siyasətinə və Prezident Donald Trampa qarşı plakatlar qaldırıb, Venesuela və Fələstin bayraqları ilə yürüş ediblər.
Paralel aksiya Tuluzada “Janna d’Ark” metro stansiyası yaxınlığında keçirilib. Burada iştirakçılar antiimperialist şüarlar səsləndirib və Maduronun azadlığa buraxılmasını tələb ediblər. Mitinqlərdə “Tabe olmayan Fransa” partiyasının üzvləri, fələstinçi komitələr, solçu təşkilatlar və gənclər hərəkatları iştirak edib.
İtaliyada yüzlərə insan Romadakı ABŞ səfirliyi qarşısında “Əllərinizi Venesueladan çəkin” şüarı ilə aksiya keçirib.Londonda ABŞ səfirliyinin qarşısında oxşar tələblərlə təkadamlıq piket təşkil olunub. Hindistanın Kalkutta şəhərində isə fəallar ABŞ siyasətinə etiraz olaraq aksiya keçiriblər.