ABŞ Prezidenti Kuba hakimiyyətinə də “diaqnoz qoydu":
“SÜQUTA YAXINDIR, ÇÖKƏCƏK...”

Kuba hakimiyyəti gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu Milad və Yeni il tətillərini keçirdiyi Vest-Palm-Biçdən (Florida) Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

 

"Düşünürəm ki, Kubanın süquta hazır olduğunu görürsünüz. Kuba çökməyə hazır görünür. Onların necə tab gətirəcəyini və ya gətirməyəcəyini bilmirəm", - Tramp deyib.

 

Onun sözlərinə görə, Kubanın hazırda heç bir gəliri yoxdur. "Onlar bütün gəlirlərini Venesuela neftindən alırdılar, indi isə artıq heç nə əldə etmirlər. Kuba isə sözün əsl mənasında çökməyə hazırdır", - ABŞ Prezidenti əlavə edib.

 

Vaşinqtonun Havanaya qarşı mümkün hərbi əməliyyatları ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, o, belə bir hərəkətin zəruri olduğuna inanmır. "Düşünürəm ki, Kuba sadəcə çökəcək. Düşünmürəm ki, hər hansı tədbir görməliyik, görünür, sadəcə olaraq çökəcək", - o deyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.