Nikolas Maduro ABŞ məhkəməsində ÖZÜNÜ TƏQSİRLİ BİLMƏDİ
VİDEO

Nikolas Maduro ABŞ-da federal məhkəmədə ilk dəfə çıxış edərək ona qarşı irəli sürülən narkotik qaçaqmalçılığı və “narkotik terrorizmi məqsədilə sui-qəsd” ittihamları üzrə özünü təqsirli bilmədiyini bəyan edib.

 

Senzor.az bildirir ki, məhkəmədə çıxışı zamanı Maduro hakimə “Mən günahsızam. Mən layiqli bir insanam və ölkəmin prezidentiyəm” deyib.

 

Məhkəmə iclasında ABŞ prokurorluğu tərəfindən ittihamların xülasəsi oxunub. Sözügedən ittihamlar Donald Tramp administrasiyası dövründə Maduronun həbs edilərək Nyu-Yorka gətirilməsini əsaslandıran cinayət işinə dayanır.

 

Maduro ittiham aktını oxumadığını və hüquqları barədə əvvəlcədən məlumatlandırılmadığını deyib. O, tərcüməçi vasitəsilə bildirib ki, bu hüquqlardan yalnız məhkəmə zamanı xəbərdar olub.

 

Hakim Maduronun həyat yoldaşı, Venesuelanın birinci xanımı Cilia Floresə müraciət edərək şəxsiyyətini təsdiqləməsini istəyib. Flores məhkəmədə özünü Venesuela Respublikasının birinci xanımı kimi təqdim edib və ona qarşı irəli sürülən ittihamlar üzrə də günahsız olduğunu bəyan edib: “Günahkar deyiləm.”

 

Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.