
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək, onunla olan dostluğu “əvəzsiz” adlandırıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Şimali Koreya lideri qeyd edib ki, Rusiya rəhbəri ilə əvəzolunmaz dostluq münasibətlərindən qürur duyur.
“Vurğulamaq istəyirəm ki, sizinlə dostluq münasibətlərini ən dəyərli hesab edirəm və bununla qürur duyuram”, - Kim Çen In bildirib.
Şimali Koreya rəhbəri həmçinin Putinin siyasəti və qərarlarını şübhəsiz dəstəkləmək niyyətində olduğunu yazıb.