
"Ən azı 17 neft şirkətinin yüksək vəzifəli rəhbərləri ABŞ Prezidenti Donald Trampla Venesuela ilə bağlı görüşdə iştirak edəcəklər".
Bu barədə "CBS News"un müxbiri Cennifer Ceykobs öz sosial şəbəkə hesabında məlumat yayıb.
Onun məlumatlarına görə, bunlara Chevron, Exxon, ConocoPhillips, Continental, Halliburton, HKN, Valero, Marathon, Shell, Trafigura, Vitol Americas, Repsol, Eni, Aspect Holdings, Tallgrass, Raisa Energy və Hilcorp daxildir.
Görüş Ağ Evdə yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 21:30) baş tutacaq.
Tramp əvvəllər Venesuelanın neft sektorunun yenidən qurulmasına böyük biznesi cəlb etmək planlarını açıqlamışdı. O, neft şirkətlərinin ölkədə hasilatı artırmaq üçün təxminən 100 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.