Britaniya Ukraynada qoşunların yerləşdirilməsinə hazırlıq üçün
268 MİLYON DOLLAR AYIRDI

Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynada mümkün yerləşdirilməsinə hazırlıq üçün 200 milyon funt sterlinq (268 milyon dollar) ayırıb.

 

TASS xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı deyib.

 

"Müdafiə naziri yanvarın 9-da bu il üçün 200 milyon funt sterlinq ayrıldığını təsdiqləyib. Həmin vəsait Ukraynaya çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsinə hazırlıqların maliyyələşdirilməsi üçün ayrılacaq", - Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı kommünikedə belə deyilir.

 

Vəsaitlər "nəqliyyat vasitələrinin, rabitə sistemlərinin təkmilləşdirilməsi, dron əleyhinə yeni imkanların tətbiqi və lazım gələrsə, qoşunların yerləşdirilməsinə hazırlıq məqsədilə əlavə personal mühafizəsi avadanlıqları" üçün istifadə olunacaq.

 

Nazirlik vurğulayıb ki, vəsait Müdafiə Nazirliyinin əsas büdcəsindən ayrılır və bu səylərin maliyyələşdirilməsi Böyük Britaniyanın müttəfiqlərinə və düşmənlərinə Londonun Ukraynaya çoxmillətli qüvvələr göndərmək niyyətində olduğunu nümayiş etdirmək məqsədi daşıyır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.